Sika | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Sika — qədim frakiyalılar və daklar, eləcə də qədim Romada qladiatorlar tərəfindən istifadə edilən qısaölçülü qılınc və ya xəncər.[1] Bu, misdən, tuncdan, sonra isə dəmirdən hazırlanmışdır. Bu bıçağın adından ilk terror qruplaşmasının adı "Sikarii" yaranmışdır. "Bibliya" mətnlərində qeyd olunur. Başlanğıcda bu silah 40–45 sm uzunluğunda bıçağı olan əyri qılınc kimi görünürdü və bıçaq qırıldığı zaman dəmirçilər tərəfindən xəncərə çevrilmişdir. Çoxlu nümunələr indiki Rumıniya, Bosniya, Bolqarıstan və Serbiya ərazisində aşkar edilmişdir.[2]